Komanda istirahətdə, Messi məşq etdi
02.05.2013 - 23:49
Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda “Bavariya”ya 3:0 hesabı ilə uduzan “Barselona” bir günlük istirahətə buraxılıb. Apasport.az saytının məlumatına görə, Münhen klubu ilə görüşdə zədəli olduğu üçün ehtiyat oyunçular skamyasında əyləşən Kataloniya təmsilçisinin hücumçusu Lionel Messi mayın 2-də məşq edib.
Argentinalı forvard komanda yoldaşları və texniki heyətin istirahətdə olmasına baxmayaraq, səhər saatlarında fərdi qaydada çalışıb.
Qeyd edək ki, ispan mətbuatı iddia edir ki, Messi La Liqanın XXXIV turu çərçivəsində “Betis”lə oyunda da meydana çıxmayacaq.

- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0