Məğlub olub, yeni rekord müəyyənləşdirdi
03.05.2013 - 02:50
Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyununda “Benfika”ya 3:1 hesabı ilə məğlub olan “Fənərbaxça” türk futbol tarixinə adını yazdırıb. Apasport.az saytının məlumatına görə, finalın bir addımlığında olan “sarı bülbüllər” ölkəsində avrokubok matçlarında bir mövsümdə ən çox oyun keçirən komanda ünvanına sahib olub.
2012-2013 mövsümündə Avropa Liqasında 18-ci oyununu keçirən “Fənər” Türkiyədə yeni rekord müəyyənləşdirib. Daha əvvəl isə bu rekord İstanbulun digər nəhəng komandası və 2000-ci ildə UEFA kubokuna sahib olan “Qalatasaray”a məxsusdur. “Cim-Bom” sözügedən zəfərə yiyələnmək üçün isə yalnız 17 görüşdə meydana çıxıb.
Qeyd edək ki, “Fənərbaxça” ümumilikdə, avrokubok oyunlarında 186 matç keçirib. “Sarı bülbüllər” bu qarşılaşmaların 66-da qələbəyə sevinib, 36-da heç-heçə edib və 84-də isə məğlub olub.

0
0