Berti Foqtsla Elxan Məmmədov yığma üzvləri ilə görüşüb - FOTOSESSİYA
03.05.2013 - 14:45
Berti Foqtsla Elxan Məmmədov yığma üzvləri ilə görüşüb - FOTOSESSİYA
AFFA-nın baş katib Elxan Məmmədov və Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts U-17-nin heyəti ilə görüşüb. Apasport.az saytının məlumatına görə, tədbir assosiasiyanın Futbol akademiyasında baş tutub.

Görüş millimizin mayın 9-dan 13-ə qədər Qazaxıstanın Astana şəhərində təşkil olunacaq "Prezident kuboku" turnirində iştirakına həsr olunub. Məmmədov və Foqts bütün oyunlara yüksək vətənpərvərliklə çıxmağın vacibliyini bildirib, yığmamıza uğurlar, qələbə sevinci arzulayıblar.

Qeyd edək ki, millimiz turnirin qrup mərhələsində Gürcüstan və İran yığması, həmçinin Braziliyanın "Botafoqo" klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Mənbə: affa.az
0