“Kaxaber Sxadadze hərdən oğluna da baxsın”
03.05.2013 - 15:00
“Mənim komandada problemim baş məşqçi Kaxaber Sxadadze ilə idi. Onunla bir neçə dəfə mübahisəmiz düşmüşdü. Axırda 3 il çalışdığım klubdan ayrıldım”. Bunu apasport.az saytına açıqlamasında “İnter” klubunun keçmiş meneceri Səbuhi Səfiyarlı deyib.
Aprelin sonlarında “İnter”də gözlənilməz dəyişiklik baş verdi. Klubda təşkilati işlərə cavabdeh Səbuhi Səfiyarlı çalışdığı işindən ayrıldı. Buna səbəb isə Səfiyarlının gürcüstanlı çalışdırıcı ilə yola getməməyi olub.
“Sxadadze çətin xarakterə malik insandı, uduzanda özündən başqa hamını günahlandırır. Hətta bir dəfə mənə demişdi ki, yenilgidə 5 faiz sənin də rolun var. Başa düşə bilmirəm: futbolçu qol vura bilmirsə, mənim nə günahım? Tales Şuts sentyabrdakı oyunlardan birində qapıya yol tapa bilmədi. Onda Sxadadze mənə “sən ona demisən ki, rəqib qapısına qol vurma” dedi. Heç dəxli var? Çörək qazandığım klubun qələbə qazanmamağını niyə arzulamalıyam ki? Hərdən oğlu Baçana Sxadadzeyə də baxsın. O, hücumçu kimi neçə qol vurub, ancaq mənim təşəbbüsümlə komandaya götürülən Yuri Fomenko cinahda oynadıla-oynadıla neçə dəfə fərqlənib. Çıxandan sonra eşitdim ki, guya “Neftçi” ilə oyundan sonra Böyükağa Hacıyevi arxadan qucaqlayıb, təbrik etdiyimi görüb. Guya əvvəllər “Neftçi”də işləmişəm deyə, bu klubun qələbəsini istəyirəmmiş. Bu mövsüm “İnter”in “Neftçi”ni məğlub edə bilməməsinin günahını kimdəsə görmək lazım idi axı...” – deyə, Səfiyarlı bildirib.
Səfiyarlı klubun hazırkı vitse-prezidenti Müzəffər Novruzəliyevin də onun əli ilə komandanın işlərindən uzaqlaşdırıldığını bildirdi: “Müzəffər müəllim komandanın direktoru olanda, mən də onun müavini idim. O, komandanın rəisi funksiyasını yerinə yetirirdi. Ancaq Sxadadzenin təşəbbüsü ilə Novruzəliyev komandanın işlərindən uzaqlaşdırıldı və ona yalnız stadiona baxmaq həvalə olundu. Eləcə də seleksioner Zaur İsmayılov da uğursuzluqlarda pay sahibi kimi göstərilib əvəzedici komandaya göndərildi. Belədə Sxadadze öz həmyerlisi Aleksandr Rexviaşvilini komandaya menecer kimi gətirdi. Mənim gətirdiyim İbrahima Niasse ilə Fomenkonun necə oynadığına baxın, Rexviaşvilinin gətirdikləri Haynts Barmettler, Arafat Cako və Robertinyoya baxın. Hər 3 futbolçu hanı? Zəif oyuna görə komandadan uzaqlaşdırılıb. Bax, problemi bunda axtarmaq lazım idi, daha bizi boş-boşuna günahlandırmaq lazım deyildi”.

0
0