“Naxçıvan Kuboku”nun püşkü atıldı
03.05.2013 - 23:37
4-5 may 2013-cü il tarixdə Naxçıvan şəhəri Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş yunan-Roma güləşi üzrə gənclər arasında “Naxçıvan Kuboku” uğrunda ənənəvi beynəlxalq turnir keçiriləcək. Apasport.az saytının məlumatına görə, ötən gün turnirin püşkatma mərasimi baş tutub.
Püşkatmanın nəticələrinə əsasən, Azərbaycan, Şərur, Özbəkistan və Rusiya komandaları A yarımqrupunda, Naxçıvan, Urkayna, Gürcüstan və Türkiyə komandaları B yarımqrupunda mübarizə aparacaq.
Turnirin proqramına əsasən, mayın 4-də qrup görüşləri, mayın 5-də isə final və 3-4-cü yerlər uğrunda görüşlər keçiriləcək. Yarımqruplarda ilk yeri tutan komandalar finalda qarşılaşacaq.
Turnirin rəsmi açılış mərasimi 4 may 2013-cü il, saat 10.00-da başlayacaq.
İlk üç yeri tutan komandalar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaq.

0
0