Hakimlər arasında danışıqlar yazılacaq
04.05.2013 - 10:37
UEFA növbəti mövsümdə hakimliklə bağlı yenilik tətbiq edəcək. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumunun prezidenti Mişel Platini avrokuboklarda oyunlara təyinat alan 5 hakim arasında danışıqların yazılacağını bəyan edib.
2016-cı il Fransada keçiriləcək Avropa çempionatına hazırlığa təftişlə bağlı Lill şəhərindəki mətbuat konfransında bunu açıqlayan Platini Çempionlar Liqasının ilk yarımfinal oyunundan sonra bu fikrə gəlib. Belə ki, münhenlilərin 4:0 hesabı ilə qalib gəldiyi oyunda 3-cü qolu şərh edən prezident həmin vaxt qayda pozuntusunun olduğunu, ancaq hakimlərin heç birinin bunu qeydə almadığını bildirib: “Oyunda 3 beynəlxalq dərəcəli hakim işləyirdi, ancaq onların heç biri səhvi görmədi. Mənasız vəziyyətdir. Mən UEFA-nın baş katibindən xahiş etdim ki, növbəti mövsümdən matçlardakı 5 hakim arasında danışıqlar yazılsın. Mən inanmıram ki, Müller trəəfindən qayda pozuntusunu heç kim görmədi, Bu, qeyri-mümkündür”.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0