“Sanderlend” 10 nəfərlə 1 xal qazandı
07.05.2013 - 01:45
“Sanderlend” 10 nəfərlə 1 xal qazandı
İngiltərə Premyer Liqasında XXXVI turun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, son matç günündə “Sanderlend” doğma azarkeşləri önündə “Stok Siti”ni sınağa çəkib.

Maraqlı keçən oyunda qalib müəyyənləşməyib - 1:1. Görüşdə ilk qolu isə qonaqlar vurub. Artıq matçın 9-cu dəqiqəsində “Stok Siti”nin hücumçusu Conatan Uolters hesabı açıb. Hesabda geri olan “Sanderlend” daha bir zərbə alıb. 34-cü dəqiqədə yarımmüdafiəçi Kreyqa Qardner qırmızı vərəqə alaraq meydandan qovulub. Lakin buna baxmayaraq, baş məşqçi Di Kanionun yetirmələri hesaba tarazlıq gətirib. Meydan sahiblərinin müdafiəçi Con O’Şi 63-cü dəqiqədə komandasını məğlubiyyətdən xilas edən qola imza atıb.


İngiltərə Premyer Liqası
XXXVI tur
4 may
“Fulhem” – “Ridinq” – 2:4
Ruis, 70; 77 – Kanu, 12; 62, Fondre, 75, Karacan, 83

“Norviç” – “Aston Villa” – 1:2
Holt, 74-pen – Aqbonlahor, 55; 89

“Suonsi” – “Mançester Siti” – 0:0

“Tottenhem” – “Sauthempton” – 1:0
Q.Beyl, 86

“Vest Bromviç” – “Viqan” – 2:3
Lonq, 29, Makkauley, 50 – Kone, 39, Makkartur, 58, Makmanaman, 80

“Vest Hem” – “Nyukasl” – 0:0

KPR – “Arsenal” – 0:1
Uolkott, 1

5 may
“Liverpul” – “Everton” – 0:0

“Mançester Yunayted” – “Çelsi” – 0:1
Mata, 87

6 may
“Sanderlend” – “Stok Siti” – 1:1
O’Şi, 63 - Uolters, 9
0