Derbidə heç-heçə qeydə alındı
06.05.2013 - 02:52
Derbidə heç-heçə qeydə alındı
Argentina çempionatında XII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, bu tur dünyanın ən böyük derbilərindən olan “Boka Xuniors” – “River Pleyt” görüşü baş tutub.

Qarşılaşmada qonaqlar erkən qolla hesabı açıb. 2-ci dəqiqədə Manuel Lanzininin qolu ilə hesabda geri olan meydan sahibləri 38-ci dəqiqədə Santiaqo Silva ilə hesaba tarazlıq gətirib – 1:1.

Beləliklə, qalibin müəyyənləşmədiyi görüşdə “River Pleyt” xalını 22-yə çatdırıb və turnir cədvəlində 3-cü pilləyə yüksəlib. Çempionata yaxşı başlamayan “Boka Xuniors” isə 10 xalla 18-ci sırada gedir.

Qeyd edək ki, bu komandalar sonuncu dəfə yanvarın 19-da üz-üzə gəlib və görüşdən “River Pleyt” 2:0 hesabı ilə qalib ayrılıb.