Həm bir ilkə imza atdı, həm də rekordunu yenilədi
06.05.2013 - 03:16
“Qalatasaray” Türkiyə Superliqasının XXXII turunda doğma azarkeşləri önündə “Sivasspor”u məğlub edib, sona 2 tur qalmış 19-cu çempionluğuna qovuşub. Apasport.az saytının məlumatına görə, “Cim-Bom”un baş məşqçisi Fatih Terim həm bir ilkə imza atıb, həm də özünə aid olan rekordu yeniləyib.
İstanbul klubu təcrübəli çalışdırıcının rəhbərliyi altında 1996-1997 mövsümü ilə 1999-2000 mövsümü arasında 4 dəfə ard-arda çempion olub. “Aslanlar” Terimin zamanında hələ ki sona 2 tur qalmış çempionluqlarını bayram etməyiblər. İstanbullular yalnız sona 1 tur qamış zəfər qazanıblar.
Beləliklə, Fatih Terimin rəhbərliyi altında “Qalatasaray” sona 2 tur qalmış çempion olub. Bu həm də “imperator”un “Cim-Bom”da 15-ci kubuku olub.
Qeyd edək ki, Terim Türkiyədə ən çox çempion olan yeganə baş məşqçidir – 6. Daha öncə 5 dəfə bu ünvana sahib olan çalışdırıcı bu dəfə öz rekorunu yeniləyib. İkinci yerdə isə “Trabzonspor”la (1975-1976, 1976-1977, 1979-1980, 1983-1984) 4 dəfə uğur əldə edən Əhməd Suat Özyazıcıdır.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0