“Qəbələ”nin yeni baş məşqçisi Azərbaycana gəlir
06.05.2013 - 15:08
“Yeni baş məşqçi təyinatını cari mövsümün sonunadək reallaşdıracağıq. Bu məsələyə 5-10 günə tam aydınlıq gəlməlidir”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov deyib.
Ramiz Məmmədovun istefaya göndərilməsindən sonra baş məşqçi vəzifəsinin icrasını əvəzedici komandadan gətirilən ispaniyalı Luis Araqona icra edir. Bu səbəbdən əyalət təmsilçisi yeni baş məşqçi ilə bağlı seçimini yekunlaşdırmaq üzrədir.
Nəcəfov bildirib ki, namizəd 1 nəfər olmadığından hələlik yekun qərar verməyiblər: “Danışıqlar davam edir. 2-3 namizəd olduğundan, məsələ konkretləşməyib. Yeni baş məşqçimizin çempionatda qalan oyunlarımızı izləməyə gəlməsi mümkündür. Heyətlə bağlı məsələlər ondan asılı olduğundan, buna özü qərar verəcək. Biz hələ bir heç bir futbolçunu yola salmamışıq”.
Vitse-prezident komandadan getməyi qərara alan kapitan Rəşad Abdullayevlə söhbət etmədiklərini deyib: “Bizdə müqaviləsi olan futbolçular da var, bitənlər də. Anlaşması qurtaran oyunçular gedə bilər. Rəşadla gedişi ilə bağlı söhbətimiz olmayıb. Biz heç kimi zorla saxlamaq fikrində deyilik”.
“Qəbələ” martda evdə “Xəzər Lənkəran”a 2:0 hesabı ilə qalib gələndən sonra artıq 8 oyundur qələbə qazana bilmir. Bunlardan 5-i isə Araqonun vaxtına təsadüf edib. Nəcəfovun sözlərinə görə, ispaniyalı çalışdırıcının qarşısına cari mövsümdə maksimum nəticə əldə etmək vəzifəsi qoyublarmış: “Ancaq avrokuboklara çıxa bilməyəcəyimiz dəqiqləşəndən sonra belə razılığa gəldik ki, əvəzedici heyətimizdən, Akademiyamızdan olan futbolçulara özlərini göstərmələrinə imkan yaradaq. Onsuz də qalan oyunlar nəticə baxımından bizim üçün əhəmiyyət kəsb etmirdi və yetirmələrimizin təcrübə qazanmaları daha məqsədəuyğun olardı. Fikrimcə, bu təcrübə özünü doğrultdu. Son oyunlarda bir neçə gənc futbolçumuz meydana çıxdı və onlardan razı qaldıq. Sadiq Quliyev müdafiədə soyuqqanlı oyunu ilə yadda qaldı. Tərzin Canagirov, Kamal Mirzəyev yaxşı təsir bağışladı. Onlardan növbəti mövsümdə faydalana bilərik”.
Mehman SÜLEYMANOV

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0