“Xəzər Lənkəran” məşqlərini bərpa etdi
06.05.2013 - 19:36
“Xəzər Lənkəran” məşqlərini bərpa etdi
Topaz Premyer Liqasının XXIX turu çərçivəsində “Kəpəz”i qəbul edən “Xəzər Lənkəran” may ayının 3-də başa çatan qarşılaşmadan bir gün sonra bərpa məşqini keçirib istirahətə çəkilmişdi. Apasport.az saytının məlumatına görə, bu gün isə səhər saatlarında komanda hazırlığını bərpa edib.

Ehtiyat meydanda baş tutan səhər məşqində futbolçular əsasən taktiki çalışmaları yerinə yetiriblər. Bu gün “ağ-yaşıllar” gün ərzində bir məşqlə kifayətlənib və sabah “Turan”la oyun öncəsi son məşqini keçirib, matç saatını gözləyəcək.

Qeyd edək ki, hazırda komandada Vanderson Skarduelli və Adrian Skarlatake zədədən əziyyət çəkir.


Mənbə: lankaranfc.com
0