“Hamı deyir ki, Elnur rəqibini qəsdən vurur” - MÜSAHİBƏ
06.05.2013 - 23:03
“Xəzər Lənkəran” klubunun müdafiəçisi Elnur Allahverdiyevin apasport.az saytına müsahibəsi
- Komandada ab-hava necədir?
- İkinci “altılıq” oyunlarına köklənmək çox çətindi. Hər halda, meydana çıxıb oynayırıq. Çempionatda uğursuz çıxış etsək də, kubokda finala vəsiqə qazanmışıq. Çalışacağıq ki, mövsümü major notda başa vuraq.
- Nəticələrə diqqət yetirdikdə, komandanın oyunları yola verdiyi aydın sezilir. Nədənsə əvvəlki gücünüzü qoymursunuz...
- Bu cür məqamla qarşılaşmaq futbolçular üçün çox çətindi. Hamı ilk “altılıq”da oynayacağımızı gözləyirdi, amma... Psixoloji baxımdan hazırlaşmaq da çətindir. Çempionluq uğrunda mübarizə aparmalı idik. Bütün bunlar öz təsirini göstərir. Nəticə çıxarmalıyıq. Bundan sonra daha yaxşı olacağını düşünürəm.
- “Neftçi”nin hesabat turunda “Qarabağ”ı məğlub etməsinin işinizə yaradığını söyləmək olarmı?
- Kim inanardı ki, çempionatın sonu belə alınacaq. Mövsümə pis başlasaq da, kubokun finalına yüksəldik. Avropa Liqasına öz gücümüz hesabına yollanmaq istəyirik. Bunun üçün kuboku qazanacağımızı düşünürəm. Kiminsə hesabına avroliqaya getmək istəmirik. Hamı görsün ki, udduq, mövsümü yaxşı başa vurduq.
- Hazırkı məqamda nəticələr sizin üçün elə də vacib deyil. Çünki çempionatdakı yerinizi təmin etmisiniz. Bu baxımdan düşünmək olarmı ki, “Xəzər Lənkəran” kubokun finalına qədər gücünü qoruyub, “Neftçi” üçün sürpriz hazırlayacaq?
- Bu, baş məşqçinin işidir. Bizim işimiz onun tapşırıqlarını icra etmək olacaq. Hər şeyi oyun günü görəcəksiniz. Kuboku qazanmaq yolunda bütün gücümüzü meydanda qoyacağıq.
- “Qarabağ” Premyer Liqanın qalibi olmağa iddialı idi. Ancaq “Neftçi”yə uduzmaqla şansını xeyli azaltdı. Doğurdanmı, bu gün “Neftçi” çempionatın ən güclü komandasıdır?
- Hər şey göz qabağındadır. Əgər “Neftçi” çempionluq uğrunda yarışda “Qarabağ”ı üstələyirsə, deməli, güclüdür. Ancaq bu, “Neftçi” Azərbaycanın ən güclüsüdür” anlamına gəlməməlidir. Bunu demək olmaz. Futbolçuların əziyyətini də danmaq düzgün deyil. Çempion kim olur-olsun, əsas avrokuboklarda yaxşı nəticə qazanmaqdır.
- Kubokun finalının Bakıda keçirilməsini “Neftçi”nin üstünlüyü hesab etmək olarmı?
- Cəmi bir oyun olacaq. Kim güclüdürsə, o da qalib gələcək. Biz əzəli rəqiblərik. Meydana başqa əhval-ruhiyyədə çıxacağıq. Futbolçular məsuliyyətini dərk edirlər. Finalda bu komandaların qarşılaşması özlüyündə bir bayramdır. “Neftçi”nin çempion olması heç də onların “Xəzər Lənkəran”dan güclü olması demək deyil.
- Öz oyununuzla bağlı nə deyə bilərsiniz? Mövsümdə daha çox qırmızı vərəqələri sıralayırsınız...
- Karyeramda ən uğursuz mövsümümü keçirirəm. “Xəzər Lənkəran”ın ilk “altılıq”a düşməməsində mənim də səhvim az olmadı. Bir neçə oyunda komanda yoldaşlarımı tək qoydum. Hamı deyir ki, Elnur rəqibini qəsdən vurur. Ancaq belə deyil. Meydana çıxanda bütün diqqətimi oyunuma yönəldirəm. Ola bilsin sərt oynayıram. Qələbə əzmi bu cür oynamağa vadar edir.
- Con Toşak isə nizam-intizama xüsusi diqqət yetirir. Tez-tez cəzalı duruma düşməyinlə bağlı sizə irad bildiribmi?
- Səhv etmişəmsə, cəzalandırılmalıyam. Bu cəzanın nədən ibarət olacağına isə baş məşqçi və klub rəhbərliyi qərar verəcək. Razılaşıram ki, çox qırmızı vərəqə almışam. Bu da istəkli olmağımdan irəli gəlir.

0
0