“Real” azarkeşləri Karlo Ançelottini istəmirlər
06.05.2013 - 23:10
İspaniya La Liqasında uğursuz bir mövsüm keçirdikdən sonra komandadan ayrılması gözlənilən “Real”ın baş məşqçisi Joze Mourinyonun yerinə Karlo Ançelottinin gəlməsi gözlənilir. Apasport.az saytının məlumatına görə, italiyalı çalışdırıcının gəlişinə isə “Kral klubu”nun azarkeşləri heç də məmnun deyil.
Belə ki, “Marca” qəzetinin apardığı sorğuda, Madrid təmsilçisinin 62 faiz fanatının komandanın “sükanı arxası”na Ançelottinin keçməsini istəmirlər. Digər 38 faiz azarkeşin isə Karlonun “Real”ın yeni çalışdırıcısı olmasına yaxından maraq göstərirlər.
Qeyd edək ki, “Real”ın hazırkı baş məşqçisi Joze Mourinyonun növbəti mövsümdən etibarən “Çelsi”yə keçəcəyi iddia olunur.

0
0