Futbolçunu təhqir etdi, 2 oyunluq cəzalandı
07.05.2013 - 00:04
Fransa Futbol Federasiyası “Marsel”in yarımmüdafiəçisi Con Bartonu 2 oyunluq cəzalandırıb. Apasport.az saytının məlumatına görə, buna ingilis futbolçunun PSJ-nin müdafiəçisi Tiaqo Silvanın ünvanına təhqiramiz sözlər işlətməsi səbəb olub.
Qeyd edək ki, Çempionlar Liqasının ¼ final mərhələsinin ilk oyununda PSJ-nin evdə “Barselona” ilə 2:2 hesablı bərabərə qalmasından sonra Barton Paris təmsilinin futbolçusu Silvanı sosial şəbəkələrin birində təhqir edib.

0
0