Karlo Ançelotti “Real”a keçidini təkzib etdi
07.05.2013 - 06:42
PSJ-nin baş məşqçisi Karlo Ançelotti “Real”a keçəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, italiyalı çalışdırıcı bunları təkzib edib.
O, “Kral klubu”nun hələ ki belə bir təkliflə müraciət etmədiyini ifadə edib: “Mən deyə bilmirəm ki, “Real”a başçılıq edəcəyəm ya yox. Çünki Madrid klubundan mənə hələ ki təklif gəlməyib. Bundan başqa, PSJ-lə müqaviləmin müddətinin başa çatmasına daha bir il var. Yalnız bunu deyə bilərəm ki, cari mövsümün sonu Paris təmsilçisinin rəhbərliyi ilə görüşəcəyəm və mənim işimin nəticələrini müzakirə edəcəyik”.
Qeyd edək ki, Karlo Ançelottinin yayda “Real”ı tərk edib, “Çelsi”nin “sükanı arxası”na keçəcəyi iddia edilən Joze Mourinyonu əvəzləyəcəyi bildirilir.

0
0