Yuri Syomin: Ora gedəcəm!
07.05.2013 - 08:29
Yuri Syomin: Ora gedəcəm!
“Çempionlar Liqasında kimə azarkeşlik etdiyimi soruşursuz? Mən azarkeşlik etmirəm, sadəcə, baxıram”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin yeni baş məşqçisi Yuri Syomin deyib.

Rusiyalı mütəxəssis Çempionlar Liqasının mayın 25-də İngiltərənin “Uembli” stadionunda keçiriləcək final oyunu ilə bağlı fikirlərini açıqlayıb: “Mənim ruhuma “Barselona” və “Çelsi” daha yaxındır, maraqlıdır. “Bavariya” – “Borussiya” finalında bizi inanılmaz oyun gözləyir. Ora gedəcəm! Çempionlar Liqasının final günü mənim üçün müqəddəs gündür. Həmin oyunu canlı izləməliyəm”.

Mənbə: sport-express.ru