Braziliyalılar yığmamız önünə 3 əsas futbolçusu olmadan çıxacaq
07.05.2013 - 09:32
Braziliyanın “Botafoqo” klubunun 17 yaşadək futbolçulardan ibarət komandası yığmamız önünə 3 əsas üzvü olmadan çıxacaq. Apasport.az saytının məlumatına görə, baş məşqçi Qladston Stvartın yetirmələri “Prezident Kuboku”nun keçiriləcəyi Qazaxıstana bazar günü gəlib.
Braziliyalılar turnirin keçirildiyi Astanada Qazaxıstan nümayəndə heyəti ilə birgə gəlib. Belə ki, yaxınlarda Qazaxıstan Futbol Federasiyası ilə “Botafoqo” arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Məhz “Botafoqo”nun turnirə dəvət alması da bu üzdəndir. Əməkdaşlığın şərtlərinə görə, Ribeyran-Pretu klubunun akademiyasında təhsil alan 3 qazaxıstanlı futbolçu turnirdə Orta Asiya yığmasının tərkibində oynayacaq.
Qeyd edək ki, VI dəfə keçiriləcək “Prezident Kuboku”nda U-17-nin rəqiblərindən biri ilk dəfə klub olacaq. Nikolay Adamın yetirmələri “Botafoqo” ilə mayın 10-da qarşılaşacaq.

0
0