“Azərbaycanda olanda karyeramı bitirmək istəyirdim”
07.05.2013 - 13:13
Bakının “İnter” klubunun sabiq futbolçusu Raymundo Junior Vilson Azərbaycanda oynadığı vaxtlar çətin anlar yaşayıb. Apasport.az saytının məlumatına görə, bunu 37 yaşlı qapıçının özü açıqlayıb.
O bildirib ki, paytaxt təmsilçisinin əsas heyətindəki yerini itirməsini həzm edə bilmirmiş. Georgi Lomayanın heyətdən sıxışdırdığı braziliyalı bu üzdən karyerasını da bitirmək fikrinə düşübmüş: “Karyeramı hələ 2-3 il əvvəl başa vurmaq istəyirdim. Bu, Azərbaycanda “İnter”in şərəfini qoruduğum vaxta təsadüf edirdi. Təxminən yarım il meydanlardan kənarda qalmışdım. 34 yaşında belə vəziyyətlə üzləşdiyimdən futbolla vidalaşmaq fikrində idim. Lakin “San Bernardino”dan təklif aldım. Doğma şəhərimin komandası mənə inanıb heyətində yer verdi. İndi B seriyasından təkliflər alsam da bu klubda qalmağa üstünlük verirəm”.
Qeyd edək ki, Junior 2008-10-cu illərdə “İnter”in şərəfini qoruyub.

0
0