AFFA UEFA-da səhv tutdu
07.05.2013 - 14:44
“Milli komandamızın Lüksemburqla ev oyunu əvvəl nəzərdə tutulduğu kimi “Bakcell Arena”da keçiriləcək. UEFA səhv olaraq matçın yerini “Dalğa Arena” göstərib”. Bu fikirləri apasport.az saytına açıqlamasında AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu deyib.
UEFA 2014-cü il dünya çempionatının seçmə mərhələsində iyunun 7-də keçiriləcək Azərbaycan – Lüksemburq matçının Mərdəkan qəsəbəsində “Dalğa Arena”da olacağını göstərib. Ancaq bunun doğru olmadığını bildirən Nərimanoğlu düzəliş ediləcəyini deyib: “Biz məsələdən xəbərdarıq və artıq UEFA-ya rəsmi məktub göndərmişik. Buna əsasən həmin səhv aradan qaldırılaracaq”.
Qeyd edək ki, millimiz “Dalğa Arena”dan fərqli, “Bakcell Arena”da ilk dəfə oyun keçirəcək.
Mehman SÜLEYMANOV

0
0