“Atletiko” “Bakı”nın puluna futbolçu alır
07.05.2013 - 15:11
Madridin “Atletiko” klubu “Liverpul”un hücumçusu Luis Suaresi almaq üçün formasının sponsoru olan “Bakı” ilə əməkdaşlığından yararlanacaq. Apasport.az saytının verdiyi məlumata görə, kolumbiyalı hücumçu Radamel Falkaonun mövsümün sonunda komandadan gedəcəyi gözlənilir.
Bu üzdən Madrid klubu diqqətini “Liverpul”un uruqvaylı forvardı Luis Suaresi almağa yönəldib. İspaniyanın “Kadena Kope” idman nəşrinin iddiasına görə, menecer Antonio Ruis bu məlumatı yayıb. Onun sözlərinə görə, “Liverpul” bu transferə görə 40 milyon avro tələb edir ki, “Atletiko” bu pulun bir qismini formasının sponsoru olan “Bakı” vasitəsilə ödəmək istəyir. Mənbədə o da göstərilib ki, “Atletiko” “Bakı” ilə əməkdaşlıqdan ilinə 6 milyon avro alacaq və sözügedən klubun ölkəmizə ötən həftə etdiyi səfər zamanı bu məsələ də razılaşdırılıb.
Qeyd edək ki, Uruqvay yığmasının hücumçusu olan Luis Suares cari mövsüm İngiltərə Premyer Liqasında 33 oyuna 23 qol vurub. Futbolçu XXXIV tur çərçivəsində keçirilən “Liverpul” - “Çelsi” (2:2) matçında serbiyalı müdafiəçi Branislav İvanoviçi dişlədiyinə görə 10 oyunluq cəza alıb.

0
0