Yuri Syomin: Qoy reallaşsın, sonra danışaq
07.05.2013 - 16:28
Yuri Syomin: Qoy reallaşsın, sonra danışaq
“Qəbələ” klubunun baş məşqçisi postuna əsas namizəd Yuri Syominin apasport.az saytına eksklüziv müsahibəsi

- Karyeranızı Azərbaycanda davam etdirmək ehtimalı çoxdur. Sizin kimi adlı-sanlı mütəxəssisin “Qəbələ”də işləyəcəyi rəsmiləşmək üzrədir. Bu barədə nə deyə bilərsiniz?
- (gülür) Xoş sözlərə görə minnətdaram. Ancaq indi bu haqda danışmaq istəmirəm.

- Hər halda, təklif almısınız və bu haqda düşüncələrinizi bilmək maraqlı olardı...
- İnciməyin, hələ şərh verə bilmərəm. Qoy reallaşsın, sonra danışaq.

- Nəzərə alın ki, fikirləriniz bütün postsovet məkanı ölkələri üçün çox maraqlıdır...
- Şərh o vaxt verilə bilər ki, konkret addım atılsın. Ancaq hələlik bir şey olmadığından, qəti cavab verə bilmərəm.

- Azərbaycan futbolu haqda düşüncələriniz necədir?
- Azərbaycan futbolu mənə tanışdır. SSRİ dövründə yaxşı komandalarınız, dahi futbolçularınız olub. Məsələn, Anatoli Banişevski, Kazbek Tuayev, Valeri Hacıyev, Nikolay Semiqlazov, Sergey Kramarenko.

- Sizə tanış olan Azərbaycanda işləməyə maraqlısınız?
- (gülür) Ola bilər. Bunu zaman göstərəcək.

- Agentiniz Dmitri Selyuk Rusiya mətbuatına açıqlamasında “Qəbələ”dən təklif aldığınızı, amma cavab vermək üçün vaxt istədiyinizi və “Lokomotiv”ə qayıtmağın əleyhinə olmadığınızı deyib...
- Buna vaxtı gələndə aydınlıq gələcək.

- “Qəbələ” variantı nə vaxt dəqiqləşəcək?
- İndi bu suala dəqiq cavab verə və Azərbaycana nə vaxt gələcəyimi bilmirəm.

Mehman SÜLEYMANOV
0