“Neftçi” çempion ola biləcəkmi?
07.05.2013 - 17:02
“Neftçi” çempion ola biləcəkmi?
Sabah Topaz Premyer Liqasında XXX turun oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə ikinci “altılığ”ın görüşlərinin keçirilməyi nəzərdə tutulub.

Burada əsas məsələ “Kəpəz”in ardınca “Turan”ın da I diviziona düşməyinin rəsmiləşməyidir. Düzdür, hər 2 kluba AFFA-nın Lisenziyalaşdırılması Komissiyası tərəfindən yüksək liqada oynamaq üçün lisenziya verilməyib. Ancaq “Sumqayıt” bu tur qalib gəlsə, “Turan” uduzsa, tovuzlular rəqibinə heç cür çata bilməyəcək. Hərçənd onların son turda öz aralarında oyunu var.

Təbii ki, əsas diqqət mayın 9-a salınan ilk “altılıq” matçlarına yönəlib. Axı sayca 21-ci olan milli çempionatımızın qalibinin bu turda müəyyənləşməyi mümkündür. Yəni “Neftçi”nin “Simurq”a qalib gəlməyi ilə Qələbə günündə qələbəni bayram etməyi gözləniləndir. Özü də məhz həmin oyunla tura yekun vurulacaq.

Düzdür, bu, yalnız bakılıların qələbəsindən yox, “İnter” – “Qarabağ” matçının nəticəsindən də asılıdır. Yəni “Neftçi”nin ardıcıl 3-cü dəfə qızıl medalçı olmağı üçün “Qarabağ”ın mütləq xal itirməyi lazımdır. “İnter”lə oyunda bunun baş verməyi isə real görünür. Çünki çempionluqdan demək olar əllərini üzən bu komandalar gümüş medal uğrunda mübarizə aparır. “İnter” qalib gələrsə, “Qarabağ”ı keçərək, 2-ci pilləyə sahib çıxacaq. Məğlubiyyət “bankirlər”i ağdamlılardan 4 xal geri salacağından, gümüşün də əldən getməyi demək olacaq.

4-cü yerə iddiası qalan “Bakı” turnir cədvəlində qonşusu olan “Qəbələ”ni qəbul edəcək. “Simurq”un “Neftçi”yə həm çempionatda, həm də kubokda yenildiyini nəzərə alsaq, yenə uduzacağı real sayılır ki, bu da “zolaqlılar”ın onunla xal fərqini 2-yə endirmək şansının qaldığını göstərir. Sadəcə, “Neftçi” bu turda çempionluğu rəsmiləşdirib, avrokuboklara sonuncu vəsiqənin sahibinin kubokun finalında rəqibi olan “Xəzər Lənkəran”ı etməyi ilə 4-cü yer artıq dəyərsiz sayılacaq.

8 may
18:00. “Kəpəz” – “Rəvan”
Bakı. “Dalğa Arena” stadionu
Cari mövsümdə keçirilən oyunlar – 2:1, 0:2, 0:3

18:00. AZAL – “Sumqayıt”
Bakı. “AZAL Arena” stadionu
Cari mövsümdə keçirilən oyunlar – 2:2, 1:1, 2:0

19:00. “Xəzər Lənkəran” – “Turan”
Lənkəran. Şəhər stadionu
Cari mövsümdə keçirilən oyunlar – 2:1, 2:4, 2:2

9 may
17:00. “Bakı” – “Qəbələ”
Bakı. “Bakı”nın təlim-məşq bazasının stadionu
Cari mövsümdə keçirilən oyunlar – 1:1, 2:0, 1:1

19:00. “İnter” – “Qarabağ”
Bakı. “Şəfa” stadionu
Cari mövsümdə keçirilən oyunlar – 1:1, 0:0, 2:3

21:00. “Neftçi” – “Simurq”
Bakı. “Bakcell Arena” stadionu
Cari mövsümdə keçirilən oyunlar – 2:1, 2:0, 1:0

komandaoqhmtx
1
Neftçi
29
19
3
7
57-29
60
2
Qarabağ
29
15
9
5
40-25
54
3
İnter
29
15
8
6
37-21
53
4
Simurq
29
11
10
8
30-25
43
5
Bakı
29
8
14
7
27-23
38
6
Qəbələ
29
9
7
13
30-38
34
7
AZAL29
13
9
7
47-29
48
8
Rəvan
29
11
4
14
40-45
37
9
Xəzər L
29
9
10
10
38-34
37
10
Sumqayıt
29
8
9
12
29-46
32
11
Turan
29
7
6
16
29-52
27
12
Kəpəz
29
3
4
22
15-56
13

Bombardir: Nikolas Kanales (Neftçi) – 26