“Qəbələ”dən daha bir çempionluq
07.05.2013 - 17:31
AFFA -nın U-19 Liqasının cari mövsümü yekunlaşıb. Apasport.az saytının məlumatına görə, mövsüm Bayıl stadionunda keçirilmiş iki oyunla başa çatıb. III yer uğrunda qarşılaşmada "Neftçi" və "Bakı" komandaları üz-üzə gəlib. "Bakı" 3:2 hesabı ilə qələbə qazanaraq U-19 Liqasında III yeri tutub.
Final oyununda "Qarabağ" və "Qəbələ" komandaları qarşılaşıb. "Qəbələ" rəqibini 5:0 hesabı ilə məğlub edərək ilk dəfə keçirilən U-19 Liqasının qalibi adını qazanıb.
Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov, texniki direktor Bernhard Lippert və 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Arif Əsədov təqdim ediblər.
Qeyd edək ki, “Qəbələ” bunddan əvvəl U-11 Liqanın da çempionu olmuşdu.
Mənbə: affa.az

0
0