Konfederasiyalar Kubokunun 600 min bileti satıldı
07.05.2013 - 19:24
Konfederasiyalar Kubokunun 600 min bileti satıldı
Bu yay Braziliyada təşkil ediləcək Konfederasiyalar Kubokunun biletləri satışa çıxarılıb. Apasport.az saytının məlumatına görə, satışa çıxarılan 826 min biletdən təxminən 600 minini azarkeşlər alıb.

Biletlərini satışı isə mayın 15-də başa çatacaq.

Qeyd edək ki, 15-30 iyun arasında keçiriləcək turnirdə 8 komanda 2 qrupda mübarizə aparacaq. A qrupunda Braziliya, Yaponiya, Meksika və İtaliya üz-üzə gələcək. B qrupunda isə İspaniya, Uruqvay, Nigeriya və Taiti komandaları qarşılaşacaq.