Qvardiola “Bavariya”da ilk məşqini iyunun 26-da keçəcək
07.05.2013 - 20:05
“Bavariya”nın yeni baş məşqçisi Xosep Qvardiolanın komandada ilk məşqinin vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Münhen təmsilçisi “Barselona”nın sabiq çalışdırıcısının rəhbərliyi altında iyunun 26-da məşq edəcək.
Pep alman klubunun hazırkı baş məşqçisi və mövsümün sonunda komandadan ayrılacaq olan Yupp Haynkesi əvəzləyəcək.
Qeyd edək ki, “Bavariya” Haynkesin rəhbərliyi altında artıq tarixində 23-cü ölkə çempionluq tituluna sahib olub. Münhenlilər hələ 2 zəfərə də qovuşmağa yaxındır. Onlar Almaniya kubokunu və Çempionlar Liqasını da qazana bilərlər.

0
0