Stiven Cerrard üçün mövsüm başa çatdı
07.05.2013 - 21:12
“Liverpul”un kapitanı Stiven Cerrard bu həftə çiynindən cərrahiyə əməliyyat olunacaq. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçinin zədəsinin ciddi olduğu üçün həkimlər belə qənaətə gəliblər.
Bununla da, 32 yaşlı futbolçu cərrahiyə əməliyyatından sonra mövsümün son oyunlarını buraxmaq məcburiyyətində qalacaq və yayda isə yeni mövsümün hazırlıqlarının əvvəlində yenidən komandasının sıralarına qayıdacaq.
Qeyd edək ki, Cerrard cari mövsümdə İngiltərə Premyer Liqasının 36 matçında meydana çıxıb və 9 qol vurub.

0
0