“Mançester Siti”nin istədikləri məşhur hücumçular
07.05.2013 - 21:52
“Mançester Siti”nin istədikləri məşhur hücumçular
“Mançester Siti” yeni mövsümə hazırlıqlarına indidən başlamaq niyyətindədir. Apasport.az saytının məlumatına görə, ingilis klubunun transfer siyahısında dünyanın ən təhlükəli hücumçuları yer alır.

İngiltərənin “The Telegraph” qəzetinin iddiasına görə, “şəhərlilər”in istədiyi futbolçulardan biri “Napoli”nin forvardı Edinson Kavanidir. “Mançester Siti” Uruqvay milli komandasının üzvünü əldə etmək üçün 40 milyon funt-sterlinqindən keçmək istəyir.

Digər hücumçu isə “Santos”un futbolçusu Neymardır. İngilislərin idman direktoru bu oyunçunu razılıq etməyə çalışıb, lakin braziliyalı forvardı “Barselona”nın da istəməsi, transferdə çətinliklər yaradıb.

“Mançester Siti”nin baş məşqçisi Roberto Mançininin transfer siyahısının ilk pilləsində isə “Atletiko”nun hücumçusu Radamel Falkaonun qərarlaşdığı bildirilir. İtaliyalı çalışdırıcının bu transferi gerçəkləşdirmək üçün kolumbiyalı futbolçunun meneceri ilə görüşdüyü iddia edilir.

Bu oyunçulardan hər hansı birinin Mançester şəhərinə gətiriləcəyi təqdirdə isə Edin Dzeko ilə yollar ayrılacaq.