“Mançester Siti” rəsmən Çempionlar Liqasında
08.05.2013 - 01:50
“Mançester Siti” rəsmən Çempionlar Liqasında
İngiltərə Premyer Liqasında XXXIII turun təxirə salınan oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, ölkə kubokunun iki finalçısı “Mançester Siti” evində “Vest Bromviç”i və “Viqan” isə “Suonsi”ni sınağa çəkib.

“Şəhərlilər” görüşdə minimala hesablı qələbə qazanıb. “Mançester Siti”nin tək qolunu matçın 35-ci dəqiqəsində Edin Dzeko vurub.

İngiltərə kubokunun finalında Roberto Mançinin komandasının rəqibi olan “Viqan” isə qonaqlara uduzub - 2:3.

Qeyd edək ki, “Mançester Siti” bu qələbədən sonra xalını 75-ə çatdırıb və çempionatın sonuna 3 tur qalmış turnir cədvəlinin 2-ci sırasında qərarlaşan “Çelsi” ilə xal fərqini 7-yə çıxarıb. “Şəhərlilər” həmçinin Çempionlar Liqasına birbaşa qatılmalarını da rəsmiləşdirib.

Lakin onlar hələ gümüş medalları özləri üçün təmin etməyiblər.


İngiltərə Premyer Liqası
XXXIII turun oyunları
7 may
“Mançester Siti” – “Vest Bromviç” – 1:0
Dzeko, 35

“Viqan” – “Suonsi” – 2:3
Espinoza, 45, Makkarti, 53 – Rangel, 50, Şexter, 59, Tyendalli, 76