Aleks Ferqyusson bu həftə qərarını açıqlayacaq
08.05.2013 - 02:15
Aleks Ferqyusson bu həftə qərarını açıqlayacaq
“Mançester Yunayted” baş məşqçisi Aleks Ferqyusson artıq öz postunu bu həftə tərk edə bilər. Apasport.az saytının məlumatına görə, bu haqda Britaniya mətbuatı iddia edir.

Belə ki, 71 yaşlı şotlandiyalı mütəxəssis İngiltərə Premyer Liqasının XXXVII turu çərçivəsində “Suonsi” ilə oyundan əvvəl komandadan gedişi barədə fikrilərini bildirəcək. Lakin klubun rəsmi şəxsləri bu informasiyanı təkzib ediblər.

Buna isə həmkarlarımız “Mançester Yunayted”in sahiblərinin Nyu-York birjasındakı aksiyaların dəyərinə təsir etməsi kimi səbəb göstərilər.

Qeyd edək ki, Aleks Ferqyusson 1986-cı ildən “qırmızı şeytanlar”ı çalışdırır və o, Britaniya futbolunun ən öndə gələn məşqçilərindən biridir. Bu mövsüm isə şotlandiyalı mütəxəssis “Mançester Yunayted”ə 20-ci ölkə çempionluğunu qazandırıb.