Yuri Syomin: Azərbaycan yaxşı regiondur
08.05.2013 - 08:53
Yuri Syomin: Azərbaycan yaxşı regiondur
“Azərbaycan yaxşı regiondur. Orada peşəkar komandalar var”. Apasport.az saytının məlumatına görə, bu sözləri tanınmış rusiyalı mütəxəssis Yuri Syomin deyib.

“Qəbələ”nin baş məşqçisi postuna əsas namizəd olan 66 yaşlı çalışdırıcı Rusiya mətbuatına açıqlamasında Azərbaycanda çalışmağın əleyhinə olmadığını bildirib: “Azərbaycanda futbola yaxşı maliyyələşmə var. Bu da inkişafa təsir edəcək. Ölkədə yaxşı meydançalar var. “Qəbələ”yə getməyim haqda isə məsələ tam həllini tapanda danışacağam. Hələlik isə heç nə yoxdur. Məşqçi işləməyəndə tüstü həmişə olur. Məsələ konkretləşən kimi mən də danışacağam”.