Yığmamız İtaliya klublarına qarşı
08.05.2013 - 10:15
Yığmamız İtaliya klublarına qarşı
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması beynəlxalq turnirdə iştirak edəcək. Apasport.az saytının məlumatına görə, mayın 15-dən 20-dək İtaliyanın Piza şəhərində təlim-məşq toplanışı keçirəcək Arif Əsədovun yetirmələri hazırlıqları tamamladıqdan sonra 12 komandanın qatıldığı yarışda qüvvəsini sınayacaq.

Millimiz mayın 20-dən 25-dək isə "Tuscany Football Cup 2013" turnirində A qrupunda mübarizə aparacaq. iştirak edəcək. Futbolçularımız turnirdə oynayacaq yeganə yığmadır. Digər iştirakçılar klublar olacaq.

A qrupu: “Empoli”, “Trevizo”, Azərbaycan U-19
B qrupu: “Udineze”, “Askoli”, “Sambenedetese”
C qrupu: “Recina”, “Qrosseto”, “Pianoscarano 1949”
D qrupu: “Fiorentina”, “Livorno”, “Torino”

Əsədov İtaliyadakı turnirə 21 futbolçu aparacaq: Eyyub Əliyev (“Simurq”), Kənan Səfərov (“Ayntraxt”, Norderstedt, Almaniya), Elməddin Məmmədov (AZAL), Ruslan Nəsirli, Şamil Cəmaləddinov (hər ikisi “Sumqayıt”), Sadiq Quliyev, Elvin Camalov (hər ikisi “Qəbələ”), Elvin Bədəlov (“Zenit”, Sankt-Peterburq, Rusiya), Adil Nağıyev, Coşqun Diniyev (hər ikisi “İnter”), Bilal Abbaszadə, Tural Rzayev (hər ikisi “Qarabağ”), Budaq Nəsirov (“Turan”), Fəhmin Muradbəyli (“Neftçi”), Namiq Ələskərov (“Bakı”), Rüstəm Rüstəmli (“Lokomotiv”, Bakı), Kamran Abdullazadə (“Xəzər Lənkəran”), Mehman Behbutov (“Smena”, Rusiya), Cem Fələk (“Ayntraxt”, Frankfurt, Almaniya), Rahim Sadıxov (“Spartak-2”, Moskva, Rusiya), Mirkamil Həşimli (“Fənərbaxça”, Türkiyə).

Mənbə: affa.az