Millimizin italyanlara qarşı oyunlarının vaxtı bəlli oldu
08.05.2013 - 10:55
Millimizin italyanlara qarşı oyunlarının vaxtı bəlli oldu
İtaliyanın mərkəzi olan Toskana regionunun Piza şəhərində ənənəvi turnir keçiriləcək. Apasport.az saytının məlumatına görə, 9-cu dəfə keçiriləcək “Toscana Football Cup”da ilk dəfə olaraq ölkəmizin 19 yaşadək futbolçulardan ibarət komandası da iştirak edəcək.

Artıq Arif Əsədovun yetirmələrinin 20-25 may aralığında keçiriləcək turnirdə oyun təqvimi də bəlli olub. Belə ki, U-19 turnirin ilk günündə “Empoli” ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Komandamız ikinci oyununu isə ertəsi gün – mayın 21-də keçirəcək. Trevizo ilə qarşılaşmada eyni vaxtda keçiriləcək. Hər 2 oyun Barontini di Alyiana düşərgəsində baş tutacaq.

U-19 çıxış etdiyi A qrupunu 1-ci pillədə başa vursa, yarımfinalda mübarizə aparacaq. 1/2 final mərhələsinin görüşləri mayın 24-də keçiriləcək. Yığmamız bu mərhələni də uğurla keçəcəyi halda adını finala yazdıracaq ki, bu görüş də ayın 25-də baş tutacaq. Turnirin həlledici qarşılaşması “Komunale di Kyançyano Terme”də Bakı vaxtı ilə saat 20:00-da keçiriləcək.