“Əfran İsmayılovla danışacağıq”
08.05.2013 - 15:23
“Bizə Əfran İsmayılovla bağlı müraciət edən olmayıb”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın direktoru Əmrah Çəlikəl deyib.
Ağdam klubunun şərəfini qoruyan Əfran İsmayılovun növbəti mövsümdən “Bakı”da çıxış edəcəyi gündəmdədir.
Çəlikəl bildirib ki, 25 yaşlı yarımmüdafiəçinin keçidi ilə bağlı danışıqları olmayıb: “Biz futbolçularımızla növbəti mövsümlə bağlı danışıqlara başlayırıq. Onların əksəriyyəti “Qarabağ”da qalmaq istəyir. Ancaq konkret Əfranla hələ söhbətimiz olmayıb. Təbii ki, onunla da danışığımız nəzərdə tutulub”.
Klub rəsmisi bildirib ki, müqavilə şərtlərində razılığa gələcəkləri futbolçularla yollarına davam edəcəklər: “Biz icraçıyıq. Komandamızda İsmayılov da daxil olmaqla futbolçuların gələcək taleyi ilə bağlı qərarı baş məşqçimiz verəcək. Ancaq hələ çempionatın sonuna 3 tur qaldığından, heyətlə bağlı məsələlərə mövsüm bitəndən sonra tam aydınlıq gətirəcəyik”.
Mehman SÜLEYMANOV

0
0