AZAL qalmaqallı futbolçusunu qaytardı
08.05.2013 - 17:27
AZAL qalmaqallı futbolçusunu qaytardı
AZAL qalmaqallı futbolçusu Ruslan Zubkovu əsas komandasına qaytarıb. Apasport.az saytının məlumatına görə, “Turan”la icarəyə bitərək qış fasiləsində “təyyarəçilər”ə qayıdan ukraynalı müdafiəçi ilk dəfə 18 nəfərlik iştirak ərizəsində yer alıb. O, “Sumqayıt”la matçda debütünü gerçəkləşdirə biləcək. Ruslan fevralın 22-də əvəzedicilərin heyətində “Kəpəz”ə 4:3 hesabı ilə qalib gəldikləri oyunda 3 qol vurmuşdu.

Bakılıların ötən yay transfer edərək “Turan”a icarəyə verdiyi legioner bu çempionatda 10 oyunda meydana çıxıb. Bunlardan biri – elə AZAL-la ötən ilin dekabrın 15-də qolsuz bərabərliklə nəticələnən oyunda Ruslanın adı qalmaqalda hallanmışdı. Belə ki, matçdan sonra “Turan” rəsmiləri Zubkova müqavilə ilə məxsus olduğu AZAL-dan oyun satmaq təklifinin gəldiyini iddia etdi. Onlar müdafiəçinin “Turan”dakı komanda yoldaşlarına belə bir təklif etdiyini bildirdi.

Bundan sonra araşdırma aparan AFFA “Turan”ın rəhbərliyi, baş məşqçisi, həmçinin Ruslandan yazılı izahat almışdı. Ancaq legioner məsələnin özü tərəfindən ortaya atılmasını qəbul etmədiyindən, bu hadisənin olmasını boynuna almadığından, yəni fakt öz təsdiqini tapmadığından, məsələyə xitam verildi.