“Boş-boş danışan komanda üzvlərinin də oyununu gördük”
08.05.2013 - 20:12
“Boş-boş danışan komanda üzvlərinin də oyununu gördük”
“Oyun öncəsi heyətdə itkilərimiz var idi”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Rəvan”nın baş məşqçisi Ramil Əliyevə məxsusdur.

O, Topaz Premyer Liqasının XXX turu çərçivəsində səfərdə “Kəpəz”ə 3:1 hesablı məğlubiyyəti dəyərləndirib: “Əsasən gənc futbolçulara şans verdik. Ümumi oyundan razıyam. Soyunub-geyinmə otağında boş-boş danışan komanda üzvlərinin də oyununu gördük. Belə oyunlar komandanın gələcək mövsüm üçün heyətinin müəyyən edilməsi üçün önəmli rol oynayır. Gənc oyunçulardan 1997-ci il təvəllüdlü Anar Həsənovun oyunundan razı qaldım”.

Mənbə: pfl.az