İsayevlə Məlikovun komanda yoldaşları istəmədikləri hadisə ilə üzləşdi
08.05.2013 - 22:50
“Dənizlispor”da çıxış edən Azərbaycan millisinin yarımmüdafiəçisi Arif İsayev və müdafiəçi Rail Məlikovun komanda yoldaşları Mustafa Güngör, Əhməd Yıldız, Həsən Mete Kabagel, Berkay Kuskan və Əhməd Aktaş günorta saatlarında gəzmək məqsədi ilə “Çamlıq” dağına gediblər. Apasport.az saytının məlumatına görə, burada 5 futbolçudan 2-nin başına istəmədikləri hadisə gəlib.
Belə ki, yağmurlu havada “Bayraq Təpəsi Mevkii” deyilən ərazidə Əhməd Aktaşın ayağı burxulub. Mustafa Güngör isə qolundan yüngül yaralanıb. Olduqları yerdə çıxılmaz vəziyyətdə qalan 5 futbolçu telefonla polisə zəng vurub, kömək istəyib. Polis də təhlükəsizlik qrupu və təcili yardımla birgə sözügedən şəxslərin axtarışına başlayıb. Polislər əvvəlcə onların yerini müəyyənləşdirib, təxminən 1 saatdan sonra isə Ariflə Railin komanda yoldaşlarını tapmağı bacarıb.
Daha sonra yaralı futbolçuları Dənizli Dövlət Xəstəxanasına aparıblar. Tibbi müayinədən sonra Güngör ilə Aktaş evə buraxılıb.
Qeyd edək ki, “Dənizlispor” Türkiyə PTT I divizionunun XXXIV turu çərçivəsində evdə “Bucaspor”la qarşılaşacaq.

0
0