“Evian” Fransa kubokunun finalında
09.05.2013 - 06:33
Fransa kubokunda yarımfinal mərhələsinin oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, “Evian” doğma publika önündə “Loryan”la münasibətlərinə aydınlıq gətirib.
Görüşdə meydan sahibləri rəqibini 4:0 hesabı ilə məğlub edərək, ilk finalçı olub.
Onlar oyunun taleyini demək olar ki, ilk hissədə həll edib. Fasiləyə 3:0 hesabı ilə öndə yollanan “Evian” ikinci yarının sonlarında qonaqları daha bir dəfə mərkəzdən başlamağa məcbur edib.
Beləliklə, həlledici mərhələdə “Evian”nın rəqibi “Bordo” – “Troye” matçının qalibindən sonra müəyyənləşəcək. Bu matç isə mayın 14-də keçiriləcək.
Qeyd edək ki, “Evian” 1/4 final mərhələsində ölkə çempionatının hazırkı lideri PSJ-nı sıradan çıxarıb.
Fransa kuboku
Yarımfinal oyunu
8 may
“Evian” - “Loryan” - 4:0
Ninkoviç, 10, Saqbo, 20, Beriqod, 33, Baouia, 80

0
0