Yığmamız 10 min dollar qazana bilər
09.05.2013 - 10:32
Yığmamız 10 min dollar qazana bilər
Bu gün Astana şəhərində 17 yaşadək futbolçulardan ibarət komandalar arasında “Qazaxıstan Respiblikasının Prezidenti Kuboku” turniri start götürüb. Apasport.az saytının məlumatına görə, turnirin mükafat fondu təşkilatçılar tərəfindən açıqlanıb.

Belə ki, Qazaxıstan Futbol Federasiyasının Milli Komandalar Departamentinin direktoru Vladimir Niderqausun sözlərinə görə, qalib komanda 10 min ABŞ dolları qazanmaq hüququ əldə edəcək. 2-ci və 3-cü pillənin sahibləri isə müvafiq olaraq 6 min və 4 min dollar mükafat qazanacaq.

Turnirin yekununda həmçinin ən yaxşı qapıçı, müdafiəçi, yarımmüdafiəçi, hücumçu, bombardir və ən yaxşı oyunçu müəyyənləşdirilərək xüsusi prizlərlə mükafatlandırılacaq. Eləcə də turnirin hakimlər heyəti mükafatsız qalmayacaq.

Qeyd edək ki, bu turnirdə U-17 milli komandamız da iştirak edir.
0