Yığmamızın forvardı 17 dəqiqə oynadı
09.05.2013 - 11:49
Almaniya Regionalliqasında mübarizə aparan “Berqiş Qladbax 09” çempionatda növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Berqiş Qladbax təmsilçisi səfərdə “Kray”ın qonağı olub.
Qışda Antalyada “Bakı” ilə də qarşılaşan “Berqiş Qladbax 09” sonuncu pillədə olan rəqibinə yenilib – 2:3. Bu görüşdə U-21-in yanvarda Türkiyə, martda isə Avstriya toplanışında olan Fatih Şanlı da iştirak edib. Baş məşqçi Ditmar Şaxt 21 yaşlı forvardı meydana 73-cü dəqiqədə yarımmüdafiəçi Andre Şilamovun yerinə daxil etsə də, Türkiyə doğumlu futbolçu ümidləri doğrultmayıb. Şanlı ötən tur “Bayer”in 2-ci komandası ilə oyunda da meydana eyni dəqiqədə həmin futbolçunu əvəzləyərək daxil olmuşdu.
Qeyd edək ki, Fatih Şanlının komandası hazırda 36 xalla XVII pillədədir ki, bu da düşmə zonası sayılır.

0
0