“Klubda yığmadan dəvət almağımı sevinclə qarşıladılar”
09.05.2013 - 13:24
“Hələ də zədədən yenicə qayıtdığım üçün adım “18-liy”ə salınmır. Bəzi problemlərim var”. Bunu apasport.az saytına milli komandamızın və “Hannover 96”nın futbolçusu Əli Gökdəmir deyib.
Yığma komandamızın baş məşqçisi Berti Foqts uzun müddətdən sonra Gökdəmirə də dəvət göndərib. Əli mayın 29-da Dohada keçiriləcək “Qətər”lə yoldaşlıq oyunu və iyunun 7-də Bakıda Lüksemburqla seçmə mərhələ görüşü üçün yığmaya çağırılıb.
Gökdəmir bunu sevinclə qarşılayıb: “Yığmaya çağırılacağımı bilirdim. Çünki artıq zədəmi sağaltmışam. Klubumuza bununla bağlı rəsmi dəvət gələndə çox sevindim. Çünki milli üçün darıxmışdım. Elə klubumda da yığmadan dəvət almağımı sevinclə qarşıladılar. Baş məşqçim məni təbrik etməyi də unutmadı”.
Səbuhi TOFİQOĞLU

0
0