PFL derbinin vaxtını dəyişdi
09.05.2013 - 17:00
PFL derbinin vaxtını dəyişdi
Topaz Premyer Liqasının XXXI turunun “Rəvan” – AZAL oyunu nəzərdə tutulduğu tarixdə oynanılmayacaq. Apasport.az saytının məlumatına görə, mayın 13-də keçirilməli olan qarşılaşma bir gün sonra baş tutacaq.

Oyunun mayın 14-nə keçirilməsi isə stadion problemi ilə əlaqədardır. Məsələ burasındadır ki, “Rəvan”ın ev oyunlarını keçirdiyi “Bayıl Arena”da “Sumqayıt” da çıxış edir. Həmin gün “Sumqayıt” adıçəkilən arenada “Xəzər Lənkəran”ı qəbul edəcəyindən, PFL prezidenti Ramin Musayevin əmri ilə paytaxt derbisi bir gün sonraya keçirilib.

Qeyd edək ki, dəyişiklikdən əvvəl təqvimdə mayın 14-də yalnız ilk “altılığ”ın oyunları nəzərdə tutulmuşdu.
0