“Qəbələ”nin 75 gün gözlədiyi oyun
10.05.2013 - 08:59
Dünən Topaz Premyer Liqasının XXX turunda baş tutmuş “Bakı” – “Qəbələ” görüşü qonaqların uğursuz seriyaya son qoymasına səbəb olub. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” sonuncu qələbəsini sabiq baş məşqçisi Ramiz Məmmədovun vaxtında qazanmışdı.
Bu, XXI turun fevralın 23-də “Qəbələ”nin evdə “Xəzər Lənkəran”ı 2:0 hesabı ilə məğlub etdiyi görüşüdür. Həmin qarşılaşmada ilk “altılığ”a vəsiqəni təmin edən Ramiz Məmmədovun yetirmələri növbəti turda AZAL-a 1:6 hesablı yenilgi ilə uğursuz seriyaya start vermişdi.
Qəbələlilər “Bakı”ya 1:0 hesabı ilə qalib gəldikləri görüşdə 75 gündən sonra 8 oyunluq qələbəsiz oyunlar seriyasına son qoymuş oldu. “Qəbələ” bu müddətdə “İnter” (1:2), “Qarabağ” (0:1, 0:2), “Simurq” (1:1, 0:2), “Bakı” (1:1) və “Neftçi” (1:2) ilə qarşılaşıb.

0
0