Millimiz “Botafoqo”ya da qalib gəldi
10.05.2013 - 10:07
Qazaxıstanın paytaxtı Astanada təşkil olunan 17 yaşadək futbolçulardan ibarət yığmalar arasında “Prezident Kuboku” turnirinin 2-ci oyun gününə start verilib. Apasport.az saytının məlumatına görə, günün ilk matçına millimiz “Botafoqo” ilə oyunla start verib.
Nikolay Adamın yetirmələri Braziliya klubunun akademiyasında təhsil alan qazaxıstanlı futbolçulardan ibarət komandanı məğlub etməkdə çətinlik çəkməyib. U-17 ilk turda Gürcüstanı (2:1) yendiyi kimi, “Botafoqo”nu da 2 topla məğlub edib – 2:0. Hər 2 qolu "Anji"nin futbolçusu Şahban Cəbrayılov 9 və 15-ci dəqiqələrdə vurub.
Qeyd edək ki, ardıcıl 2-ci qələbəsini qazanan millimiz bazar günü qrupun favoritlərindən sayılan İran yığması ilə qarşılaşacaq. Bu görüş Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.

0
0