Deyvidas Çesnauskis: Bu sualınıza cavabım yoxdur – MÜSAHİBƏ
10.05.2013 - 11:40
“Bakı”nın və Litva millisinin futbolçusu Deyvidas Çesnauskisin apasport.az saytına müsahibəsi
- Komandanızın “Qəbələ” ilə qarşılaşmasını ailənizlə birgə tribunadan izlədiniz. Təəssüratlarınız necədir?
- Pis oyun olmadı. Həm bizdə, həm də rəqibdə qol imkanları vardı. Amma rəqib şansını dəyərləndirərək, qalib gəldi.
- Azərbaycan kubokunu qazandığınız ötən mövsümlə müqayisədə son vaxtlar “Bakı”da daim oynamırsınız. Bunu nə ilə izah edərdiniz?
- Bu suala cavabım yoxdur. Buna baş məşqçi cavab versə yaxşıdır.
- Həlledici oyunlarda, məsələn “Xəzər Lənkəran” ölkə kubokunda 1:0 hesabı ilə qalib gəldiyiniz matçda start heyətində meydana çıxmışdınız. Sonradan nəsə problem oldu?
- Özümü yaxşı hiss edirəm. Oynamamağım baş məşqçi ilə aramızda olan məsələdir.
- “Bakı”da gələcək perspektivinizi necə görürsünüz?
- Açığı, necə olacağını hələ bilmirəm.
- Müqaviləniz bitir?
- Bəli, anlaşmam yaya kimidir.
- Az oynadığınızı nəzərə alsaq, “Bakı”dan getməyi düşünürsünüz?
- Yox. Mən qalmaq istəyirəm. Ancaq necə olacağı klubdan asılıdır.
- Sizə bu haqda bir şey deyilməyib?
- Hələ yox.
- Oynadığınız yarımmüdafiənin sağ cinahına yerli futbolçular alınır. Belə düşünmək olar ki, sizinlə böyük ehtimalla müqavilə uzadılmayacaq?
- Mən tələsməyib, rəhbərliklə söhbəti gözləyirəm. Onlarla gələcək taleyimi danışacağam. Görək, sonda necə olacaq.
- Başqa ölkələrdə variantlar var?
- Var deyəndə ki, buna sonra baxacağıq. Hazırda “Bakı”nın futbolçusuyam və heç yerə getməyə hazırlaşmıram. Rəhbərliklə danışığımda hər şeyə aydınlıq gələcək.
- Azərbaycanda qalıb, başqa klubda oynamağı istərdiniz?
- Hələlik digər variantları nəzərdən keçirmirəm. Çünki “Bakı”da çıxışımı davam etdirmək istəyirəm.
Mehman SÜLEYMANOV

0
0