Millimiz finala bir addım da yaxınlaşdı
10.05.2013 - 13:55
Qazaxıstanın paytaxtı Astanada 17 yaşadək futbolçular arasında keçirilən “Prezident Kuboku”nun A qrupunda II turun oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, yığmamızın qrupundakı rəqibləri İranla Gürcüstan millisi üz-üzə gəlsə də, tərəflərə qol vurmaq müyəssər olmayıb.
Bu isə yığmamızın xeyrinə olub. Belə ki, Nikolay Adamın yetirmələri İranın xal itirməsilə qrupunda vahid liderə çevrilib. İndi yığmamız 2 il əvvəl olduğu kimi turnirin finalına adını yazdırmaq istəyirsə, cənub qonşumuzla görüşdə minimum heç-heçə etməlidir.
Qeyd edək ki, Azərbaycan – İran oyunu bazar günü baş tutacaq. Həlledici görüş Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.
A qrupu

1. | AZƏRBAYCAN | 2 | 2 | 0 | 0 | 4-1 | 6 |
2. | İran | 2 | 1 | 1 | 0 | 3-0 | 4 |
3. | Gürcüstan | 2 | 0 | 1 | 1 | 1-2 | 1 |
4. | “Botafoqo” (Braziliya) | 2 | 0 | 0 | 2 | 0-5 | 0 |
0
0