Anar Bəkirov: Hakimlik bərbad vəziyyətdədir - MÜSAHİBƏ
10.05.2013 - 14:33
“Simurq” klubunun prezidenti Anar Bəkirov Topaz Premyer Liqasının XXX turunda “Neftçi” ilə oyundan sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb
- “Neftçi” ilə qarşılaşmada komandanızın nümayiş etdirdiyi futboldan razı qaldınızmı?
- Gözəl oyun oldu. Bu qarşılaşmada həm də prinsipiallıq var idi. Çünki bütün oyunlar başa çatmışdı. Nəticələr məlum idi. “Neftçi” qələbə qazanacağı təqdirdə çempionluğu bayram edəcəkdi. Son çempionun yaxşı oynadığını deyə bilərəm. Komandamız da sonadək mübarizə apardı və meydanı 1 xalla tərk etdi.
- Mükafatçılar sırasına düşmək baxımından “Simurq”un heç bir iddiası qalmayıb və belə vəziyyətdə futbolçuları oyuna kökləmək olduqca çətindir. Amma komandanız sonadək “vuruşdu”. Bu cür əzmkarlıq nədən qaynaqlanırdı?
- Müxtəlif səbəblər var. Birincisi, futbolçular növbəti çempiona qarşı oynayırdılar. İkincisi, cari mövsümdə çempionat çərçivəsində keçirdiyimiz oyunlardan üçündə “Neftçi”yə məğlub olmuşduq. Bu da beyinlərdə mənfi fikir yaratmışdı. Necə ola bilərdi ki, bir komandaya bu qədər uduzasan. Bu səbəbdən mübarizə apardılar.
- Komandanız ikinci qolu vursa da, referi qeydə almadı. Həmin epizodda ofsayd var idi?
- Hakimlik bərbad vəziyyətdə idi. Baş hakim (Rauf Cabbarov – red.) təmiz qolumuzu saymadı. Bildiyimizə görə, onun nəsli də futbolla məşğul olur. Belə hakimliklə….
- Baş məşqçinin cəzalı olması və görüşü tribunadan izləməsi oyununuza necə təsir göstərdi?
- Düzdür, müəyyən təsiri var. Ancaq sevindirici haldır ki, baş məşqçimiz kənarda qala-qala komanda yaxşı oyun göstərir. Ötən həftə qələbə qazandıq. Hakimin səhvi olmasaydı, bu 3 xal qazanacaqdıq.
- Mövsümün əvvəlində komandanın qarşısına ilk “altılığ”a vəsiqə qazanmaq tapşırığı qoyulmuşdu. Bəs sonrakı tapşırıq nədən ibarət idi?
- Məqsədimiz ilk “altılığ”a vəsiqə qazanmaq idi. Baş məşqçimiz yaxşı heyət formalaşdırdı və oyun tərzi seçdi. Komanda ilk vəzifəsinin öhdəsindən gəldikdən sonra fikirləşdik ki, avrokuboklara vəsiqə qazanaq. Amma alınmadı. Neynəyək, qismət belə imiş.
- Bəs komandanın cari mövsümdəki çıxışı sizin üçün qənaətbəxşdirmi?
- Yeni komanda formalaşdırdıq. Hazırda dördüncü pillədəyik. Pis nəticə deyil.
- Növbəti mövsümlə bağlı planlarınız necədir?
- Heyəti qorumağa, bir az da gücləndirməyə çalışacağıq. Bu klubda ikinci mövsümümdür. Ötən il çempionatda qalmaq uğrunda mübarizə apardıq. Birinci diviziona düşmək istəmirdik. Bir qədər başımız ağrıdı, amma istədiyimiz nəticəni qazandıq. Cari çempionat bizə çox şey öyrətdi. Yeni mövsümdə də mübariz kollektiv formalaşdırmaq istəyirik. Bilirsiniz ki, çempionat yeni formatla keçiriləcək.
- Transfer çalışmalarına başlamısınızmı?
- Hələ yox. Bu sahədə baş məşqçi ilə danışdıqdan sonra işlər görəcəyik. Onunla “İnter”lə oyuna qədər danışacağıq.
- Belə çıxır ki, hazırkı baş məşqçi Georgi Çixradzeni postunda saxlayacaqsınız?
- Bəli, növbəti mövsümdə də komandanı o çalışdıracaq.

0
0