Məlik Həsənov: Superkubok baş tutacaq!
10.05.2013 - 15:38
“Azərbaycan çempionu ölkə kubokunu da qazanıb “qızıl dubl” etsə belə, Superkubok matçı baş tutacaq. Belə olan halda, çempion kubokun finalçısı ilə görüşəcək. Bu, Əsasnamədə yazılıb”. Bunu apasport.az saytına açıqlamasında Peşəkar Futbol Liqasının Texniki-İdman Şöbəsinin rəisi Məlik Həsənov deyib.
Azərbaycan Superkuboku uğrunda oyun uzun fasilədən sonra bərpa olunsa da, baş tutmasında problem yaranıb. Bu da təyin olunan vaxtla bağlıdır.
Belə ki, təqvimə görə, həmin görüş klublarımızın avrokuboklarda növbəti mövsümə startından 1 həftə olmalıdır. Təmsilçilərimiz Avropa Liqasında ilk oyununu iyunun 4-də keçiriləcəyindən, Superkubok matçı avtomatik iyunun 27-ə təsadüf edir. Bu isə ilk növbədə iştirakçıların birinin böyük ölçüdə həll olunduğu “Xəzər Lənkəran”ın planlarına uyğun gəlmir ki, komanda həmin vaxt Avstriyada təlim-məşq toplanışında olacaq. Buna görə də lənkəranlılar Superkubokdan imtina etmək fikrindədir.
Həsənovun sözlərinə görə, Superkubok matçında qızıl və gümüş medalçıların oynamağı nəzərdə tutulmayıb: “Demək olar bütün ölkələrdə Superkubokda çempionla kubokun sahibi, “qızıl dubl” olarsa finalçı üzləşir. Bizim də Əsasnamədə belə olduğundan, başqa iştirakçıların oynamağı nəzərdə tutulmayıb. Klublar hələ mövsümə əvvəldən Superkubokun vaxtı haqda məlumatlandırılıb və Əsasnaməyə əməl etməlidir. Gəlin, “əgərlər”lə danışmayaq. Hələ Superkubok iştirakçıları dəqiqləşməyib”.
Bir çox ölkələrdə Superkubok növbəti mövsümün startı ərəfəsində olur. Həsənov bu variantı mümkünsüz sayır: “Bizdə həmin vaxt oyunu keçirməklə bağlı problem olur. Çünki onda klublarımız avrokuboklarda mübarizə apardığından, boş vaxt olmur. Onsuz da həmin vaxt sıx qrafik olduğundan, üstəlik, Superkuboku da salmaq alınmır. Növbəti çempionatımızın startı dəqiqləşməsə də, hər halda, avqustun əvvəlində olacağı gözlənilir. Təqvimi müəyyənləşdirərkən, avrokuboklardan 1 həftə öncə münasib vaxt olduğundan, Superkubokun günü ona salındı”.
Qeyd edək ki, “Neftçi” növbəti turda “Qəbələ” ilə səfər oyununda çempionluğunu rəsmiləşdirməklə, özü ilə kubokun finalında rəqibi olduğu “Xəzər Lənkəran”ı Superkubokun iştirakçısı edəcək.
Mehman SÜLEYMANOV

0
0