Millimizə qarşı oynayan müdafiəçi “Roma”ya keçir
10.05.2013 - 22:18
“Roma” “Ayaks”ın müdafiəçisi Tobi Alderveyreldin transferini reallaşdırmağa çox yaxındır. Apasport.az saytının məlumatına görə, İtaliya klubunun rəhbərliyi belçikalı futbolçu ilə müqaviləni mövsümün sonuna kimi imzalamaq niyyətindədir.
“Liverpul”, “Tottenhem” və “Anji”nin də maraq dairəsində olan 24 yaşlı oyunçunu “canavarlar” “Ayaks”dan 10 milyon avroya transfer edir.
Qeyd edək ki, Tobi Alderveyreld Avro-2012-nin seçmə mərhələsində Belçika yığmasının heyətində Azərbaycan milli komandasına (1:1) qarşı oyunda forma geyinib. Sentyabrn 2-də Bakıda keçirilən matçda o, meydana start heyətdə çıxıb və 90 dəqiqə mübarizə aparıb.

0
0