Mario Qötse ÇL-nin finalında oynaya bilər
11.05.2013 - 04:50
Mario Qötse ÇL-nin finalında oynaya bilər
“Bavariya” ilə oynayacaqları Çempionlar Liqası öncəsi Dortmund “Borussiya”sına ulduz oyunçusu Mario Qötsedən şad xəbərlər gəlib. Apasport.az saytının məlumatına görə, Avropanın ən titullu klub turnirinin yarımfinal mərhələsinin cavab oyununda zədələnən 20 yaşlı yarımmüdafiəçinin vəziyyətinin yaxşıya doğru getdiyi bildirilir.

Qötse gələn həftənin əvvəlində komanda ilə ümumi qrupda məşqlərə başlayacaq. “Borussiya”nın həkimləri ehtimal edirlər ki, Mario Çempionlar Liqasının finalına qədər hazır olacaq.

Qeyd edək ki, Çempionlar Liqasının finalı mayın 26-da keçiriləcək.
0