Elvin Məmmədov: ...Başqa komandaya keçəcəm
12.05.2013 - 12:42
“Bakı” klubunun yarımmüdafiəçisi Elvin Məmmədovun apasport.az saytına müsahibəsi
- 2 turdan sonra Topaz Premyer Liqasına yekun vurulur. Komandanızın mükafatçılar sırasında yer almayacağı dəqiqdir. Bu uğursuzluğun səbəbini araşdırmısınızmı?
- Əslində, heç kim bizim “altılığ”a düşəcəyimizə inanmırdı. Amma biz bunu bacardıq. Ölkə kubokunda da mübarizəni finalın bir addımlığında dayandırdıq. Halbuki, doğma meydanda 1:0 hesabı ilə qələbə qazandığımız oyunu səfərdə son dəqiqələrdə əldən verdik. Kubokla vidalaşdıqdan sonra ümidimiz dördüncü pilləni tutmaq, bu yolla avrokuboklara qatılmaq idi. Lakin “İnter”ə məğlub olduqdan sonra bu variant da əldən çıxdı.
- “Bakı”nın ilk “altılığ”a vəsiqə qazanmağını bu qədər şişirtmək nə dərəcədə düzgündür? Heyətinə, şəraitinə görə ölkənin aparıcı komandalarından hesab edilən “Bakı” üçün bu minimum məqsəd idi...
- Düzdür, sürpriz sayılmamalıdır. Ancaq vəziyyətimiz də yaxşı deyildi. Çətin durumda olmağımıza rəğmən, bunu bacardıq. Təbii ki, hadisələrin bu cür cərəyan etməyində hamının - futbolçuların, məşqçilərin, rəhbərliyin günahı var idi.
- “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak kubokda “Bakı”nın ilk oyunda mərhələ adlamaq şansını əldən verdiyini bildirmişdi. Uelsli mütəxəssis haqlı idi?
- Toşakla razılaşmamaq olmur. Bakıdakı oyunda rəqibin qapıçısı çox yaxşı çıxış etdi. Cavab oyununda isə kobud səhvlər buraxdıq ki, bu da matçın taleyini həll etdi. Halbuki, Bakıda daha çox top vura bilərdik.
- Qarşıdakı 2 oyunun nəticəsi sizin üçün heç nəyi dəyişməyəcək. Bu cür vəziyyətdə meydana çıxmaq çətin deyil?
- Klubda ab-hava yaxşı deyil. Dördüncü yeri də əldən verdik. Ancaq “Bakı”nın adı var . Komandanın imicini yüksəltmək üçün oynayacağıq.
- Növbəti turda cari mövsümdə məğlub edə bilmədiyiniz “Qarabağ”la qarşılaşacaqsınız. Bu komandaya qarşı hansısa sindrom var?
- “Qarabağ” oturuşmuş heyətə malikdir. Onlara qarşı oynamaq çətin olacaq. Rəqibimiz ikinci pillədə qərarlaşıb. Ancaq “Bakı” naminə qələbə qazanmaq istəyirik.
- “Bakı”nın prezidenti Hafiz Məmmədov yayda komandada köklü dəyişikliklərin olacağını bildirmişdi. Sizinlə bağlı hansısa qərar verilibmi?
- Hələ rəhbərliklə danışmamışam. 2 oyunumuz qalıb. Çempionat başa çatdıqdan sonra söhbətləşəcəyik. Razılaşsaq, “Bakı”da qalacam. Ortaq məxrəcə gələ bilməsək, başqa kluba keçəcəm.
- Son illərdə daha çox kölgədə qalırsınız. Bu nədən irəli gəlir?
- Razılaşıram. Bu daha çox komandada baş verən dəyişikliklərlə bağlıdır. Baş məşqçi dəyişir, yeni gələn yeni sistem tətbiq edir. Təsəvvür edin ilk “altılığ”a son anda vəsiqə qazandıq. Qış fasiləsindən sonra isə yaxşı çıxış edirdik. Sadaladıqlarıma görə də “Qarabağ”dakı oyunumu göstərə bilmirəm.
- Hər şeyi sistemin dəyişməsi ilə bağlamaq nə dərəcədə düzgündür?
- Özüm də problemlər var. Ancaq üzərimdə işləyirəm. Komandanı təkbaşına irəli aparacaq futbolçu deyiləm. Ümumiyyətlə, Azərbaycanda elə futbolçu yoxdur ki, komandanı təkbaşına irəli aparsın. Bir nəfərlə heç nə etmək olmaz.

0
0